Ordumuzun mövqeləri atəşə tutulub
17 Mart 2009 Çərşənbə Axşamı 10:05
Bütün hallarda düşmən cavab atəşilə susdurulub

Ermənistan silahlı  qüvvələrinin bölmələri martın 16-da atəşkəs rejimini yenidən bir neçə istiqamətdə pozub. Erməni ordusu saat 18.00-dan 23.35-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 19.00-dan 19.20-dək isə Füzuli rayonunun Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar