OpinionWay neticeleri açıqladı
09 Oktyabr 2013 Çərşənbə 22:24
İlham Aliyev 82,8, Cemil Hesenli – 9,3 faiz ses alıb.
Fransanın "OpinionWay" Tədqiqat İnstitutunun üzvləri prezident seçkiləri ilə əlaqədar keçirdikləri "Exit poll"un nəticələrini açıqlayıb. ANS PRESS Müstəqil Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, "OpinionWay" Tədqiqat İnstitutu 64 dairə üzrə 99 məntəqədə "exit-poll” keçirib.

Tədqiqat İnstitutunun apardığı "exit-poll”un nəticələrinə görə, İlham Əliyev 82,8 faiz səslə birinci olub.

İnstitutun apardığı "exit-poll”un nəticələrinə əsasən digər namizədlərin topladığı səslərin ardıcıllığı belədir: İqbal Ağazadə - 1,7, Araz Əlizadə - 0,5, Hafiz Hacıyev – 0,4, Qüdrət Həsənquliyev – 2,9, Cəmil Həsənli – 9,3, İlyas İsmayılov – 0,5, Fərəc Quliyev – 0,6, Sərdar Məmmədov – 0,6, Zahid Oruc – 0,7 faiz.


DOSTLARINLA PAYLAŞ:

oyunlar