Xarici İşlər Nazirliyi (XİN) xaricə səfər edən və həmçinin, Azərbaycana gələnlərin nəzərinə çatdırır ki, həmin şəxslər müvafiq peyvənd, vaksinasiya və müayinədən keçsinlər.
Nazirlik dünyanın müxtəlif bölgələrində baş verən xəstəliklərdən və ya baş vermə ehtimalı olan epidemiya, pandemiya təhlükəsindən qorunmaq məqsədiləmüayinə tövsiyyə edir.
Ölkəyə gələn və xaricə səfərə gedən şəxslər bu məqsədlə profilaktik tədbirlərinin görülməsi üçün Səhiyyə Nazirliyinin təyin etdiyi 20 saylı poliklinikaya müraciət edə bilərlər. Poliklinika Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küç, 22-də yerləşir. /ANS PRESS/