Ölkəyə aksiz markası gətirilməsinin qarşısı alınıb
01 Avqust 2014 Cümə 22:05
Tural İsma­yılovun idarə etdiyi "Volkswagen Crafter" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Rusiyadan Azərbaycana külli miqdarda aksiz markası gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Sa­mur" gömrük postunda Azərbaycan Respublikası istiqamətindən daxil olan Azərbaycan vətəndaşı Tural İsma­yılovun idarə etdiyi "Volkswagen Crafter" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı maşının kabinəsində 3, yük yerində isə 2 ədəd idman çantasında 105 ədəd rulonda, ümumi sayı 525 min ədəd olan Rusiya Federasiyasının aksiz markaları aşkar edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar