Ölkəmizdə 1708 bankomat var
10 Mart 2010 Çərşənbə 10:25
Ölkəmizdə 1708 bankomat var. Fevral ayında pos-terminalların sayı 8657 ədəd olub.
Bu il fevral ayının 1-nə Azərbaycanda bankomatların sayı 1708 ədəd olub. Mərkəzi Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 163 ədəd çoxdur. Bu ilin fevralın 1-nə bankomatların 972-si Bakı şəhərində, 736-sı isə digər şəhər və rayonlarda yerləşir.

Bu dövrdə Azərbaycanda pos-terminalların sayı 8657 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 543 ədəd çoxdur. Cari dövrdə pos-terminalların 7873-ü Bakı şəhərində, 784-ü isə digər regionlarda yerləşir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar