Ölkədəki bankomatların sayı 1572-ə çatıb
10 İyun 2009 Çərşənbə 12:50
Ötən ilin müvafiq dövründə bu göstərici 1364 ədəd olub

 

May ayının 1-nə olan məlumata görə, ölkədəki bankomatların sayı 1572-ə çatıb. Mərkəzi Bankın mətbuat xidmətindən verilən məlumata görə, ötən ilin müvafiq dövründə bu göstərici 1364 ədəd olub. Bu ilin aprel ayının 1-nə olan  məlumata görə, bankomatların 882-si Bakı şəhərində, 690-nı isə digər şəhər və rayonlarda yerləşir.

Bu dövrdə ölkə üzrə pos-terminalların sayı 8404 ədəd olub. Bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 1912 ədəd çoxdur. Cari dövrdə pos-terminalların 7588-i Bakı şəhərində, 816-sı isə digər regionlarda yerləşir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar