Ölkə

Ölkə ərazisində qeyri-sabit hava proqnozlaşdırılır

Bakı. Kəmalə Quliyeva - APA. Bakı və Abşeron yarımadasında mayın 24-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaq, gün ərzində isə əsasən yağmursuz keçəcək.

· Xəbərçi
Ölkə ərazisində qeyri-sabit hava proqnozlaşdırılır


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Gecə 13-16 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq.

Mayın 25-də havanın buludlu olacağı, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək. Gecə 12-16 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 24-də arabir yağış yağacaq, şimşək çaxacaq. Dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 12-17 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 14-19 dərəcə isti olacaq.

Mayın 25-də arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Şərhlər