Oğuz rayon Polis Şöbəsi rəisi vəzifəsindən azad edilib
15 May 2014 Cümə Axşamı 13:30
Oğuz rayon Polis Şöbəsi rəisi Habil Əmiraslanov vəzifəsindən azad edilib.
Oğuz rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib.
ANS PRESS-in məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən RPŞ-nin rəisi Habil Əmiraslanov Şamaxı rayonuna polis rəisi təyin edilib. Oğuz RPŞ-nin rəisi vəzifəsinə isə Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin rəisi Cəmil Əmirov təyin edilib.
Daxili işlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.
Qeyd edək ki, bu gün Siyəzən Rayon Polis Şöbəsinin rəisi Nizami Əlirzayev də vəzifədən azad edilmişdi.
DOSTLARINLA PAYLAŞ: