Oğlu Dilqəm Əsgərovun məktubundan danışdı
02 Avqust 2014 Şənbə 13:05
Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən kəlbəcərli Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının 2-ci məktubundan danışıb.
ANS PRESS-ə açıqlama verən Kürdoğlu atasının məktubunda 2-3 cümlə yazıldığını bildirib. Onun sözlərinə görə, ikinci məktub əvvəliki ilə təxminən eynidir: "Atam yazıb ki, hər şey yaxşıdır. Mənə burada yaxşı baxırlar. Hamıya salam de".
Dilqəm Əsgərovun bu məktubu öz xətti ilə yazdığını deyən Kürdoğlu, ancaq buna baxmayaraq məktubun təzyiq altında yazıldığını istisna etmir. Kürdoğlu Beynəlxalq Qızıl Xaç Komitəsinə atasının şəklini göndərilməsi xahişi ilə müraciət etdiklərini deyib. "Bəlkə şəkli olsa onun vəziyyətinin necə olduğunu müəyyən etmək olar".
Qeyd edək ki, bir müddət öncə Ermənistan iki Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur. Daha bir nəfər Həsən Həsənovun isə öldürüldüyü deyilir.
DOSTLARINLA PAYLAŞ: