Bu barədə Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında deyib. Hazırda N. Məmmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edildiyini vurğulayan E. Sultanov ekspertizanın rəyi alındıqdan sonra toplanmış material üzrə müvafiq qərarın qəbul ediləcəyini qeyd edib: “Novruzəli Məmmədovun ölüm faktı ilə əlaqədar Nizami rayon prokurorluğunda tam, hərtərəfli və obyektiv araşdırma aparılır. Hazırda onun ölümünün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib və ekspertizanın rəyi alındıqdan sonra toplanmış material üzrə müvafiq qərar qəbul ediləcəkdir”.
APA




Şərhlər