Nobel mükafatçısı Bakıya vurulub
31 Oktyabr 2013 Cümə Axşamı 23:43
Bakı Forumunun iştirakçısı Ada Yonatı paytaxtın şərq və qərb elementlərini birləşdirən memarlıq nümunələrinə heyran qoyub.
Azərbaycanda gənclərin sosial-iqtisadi həyatda roluna geniş yer verilməsi təqdirəlayiq haldır. Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə edilən bu və digər məsələləri vətənimdə həmkarlarımla bölüşəcəyəm. Bu sözləri üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, kimya üzrə Nobel mükafatı laureatı Ada Yonat deyib.
Azərbaycan ilə İsrail arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirən Ada Yonat ötən müddətdə ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın daha da genişləndiyini söyləmiş, münasibətlərin inkişafına hər iki ölkənin iş adamları, siyasi və ictimai xadimlərin qarşılıqlı səfərlərinin töhfə verdiyini bildirib.
Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışan qonaq belə mötəbər tədbirlərin müxtəlif mədəniyyətlər arasında dialoqun genişlənməsinə böyük töhfə verəcəyini vurğulayıb.
Bakıya artıq ikinci dəfə gəldiyini deyən A.Yonat şəhərin gözəlliyindən, xüsusilə gecələrinin möhtəşəmliyindən söz açıb. Qonaq Xəzər dənizi, İçərişəhər, Qız qalasının onda unudulmaz təəssürat oyatdığını qeyd edib.
Bu yerlərdən zövq aldığını deyən A.Yonat Bakıda Şərq və Qərb elementlərini özündə birləşdirən memarlıq nümunələrinə heyran qaldığını, həm qədim, həm də müasir arxitekturanın valehedici olduğunu diqqətə çatdırıb.
DOSTLARINLA PAYLAŞ: