Nizami rayonundakı yeni keçiddə işlər başa çatdı
31 Mart 2014 Bazar Ertəsi 17:09
Nizami rayonu ərazisində inşa olunan yeraltı keçiddəki işlərin çox hissəsi artıq başa çatıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev ANS PRESS-ə bildirib ki, iki girişli keçid Babək prospekti və Telnov küçəsinin kəsişməsində tikilir.
Keçidin uzunluğu 88 metr, eni 8 metr, hündürlüyü isə 3,23 metrdir. Müasir üsluda inşa olunan keçiddə eskalator quraşdırılması isə nəzərdə tutulmayıb.
Keçidin çıxışlarından biri demək olar ki, hazırdır. İş başa çatdıqdan sonra maneə götürüləcək və yol açılacaq. Daha sonra ikinci çıxışda işlər davam edəcək. Günəşli istiqamətində gedən yolda müvəqqəti məhdudiyyətlə olacaq.
DOSTLARINLA PAYLAŞ: