Nizami rayonu icra başçısı Nizami Hacıyev kimdi?
14 Oktyabr 2014 Çərşənbə Axşamı 12:17
Nizami rayonu yeni icra başçısı Nizami Hacıyev Gence şeherinde qulluqçu ailesinde anadan olub.

Nizami rayonu icra başçısı Nizami Hacıyev

Bu gün Prezident İlham Aliyev Gence şeheri Nizami rayonuna yeni icra başçısı teyin edilmesi ile bağlı serencam imzalayıb. Ölke başçısının serencamına esasen, Nizami rayonunun ali postu Nizami Hacıyev Sabir oğluna hevale edilib.

ANS PRESS-in melumatına göre, Nizami Hacıyev 1961-ci ilde Gence şeherinde qulluqçu ailesinde anadan olub. 1968-ci ilde Gence şeher 20 nömreli demiryol orta mektebin birinci sinfine daxil olub, 1976-cı ilde tehsilini Şemkir rayonu Nizami adına orta mektebde davam etdirib, 1978-ci ilde hemin mektebin onuncu sinfini bitirib.

O, 1978-ci ilde Gence şeheri Çini qablar zavodunda trafaretçi, 1979-cu ilin may ayından sentyabr ayına kimi Şemkir rayonu ezizbeyov adına sovxozda fehle işleyib.

Tehsili

1979-cu ilde Azerbaycan Kend Teserrüfatı İnstitutunun meyve-terevezçilik ve üzümçülük fakültesine daxil olub, 1984-cü ilde hemin institutu bitirib alim-aqronom ixtisasını alıb, sonradan ADAU-nun ümumi iqtisadiyyat fakültesini bitirib.

N.Hacıyev 1984-1987-ci illerde emek fealiyyetini Şemkir rayonu Kirov adına sovxozda davam etdirib, 1987-ci ilin iyulunda AKTİ-nin botanika kafedrasının nezdinde geobotaniki ekspedisiyada mühendis botanik, 1988-ci ilde botanika kafedrasında stajor-müellim vezifelerinde çalışıb.

1989-cu ilde aspiranturaya qebul olub, 1992-ci ilde aspiranturanı bitirib. Hemin vaxtdan botanika kafedrasında laborant işleyib.

1993-cü ilde Gence Şeheri Nizami Rayonu İcra Hakimiyyeti başçısı aparatında inspektor, heddi-bulluğa çatmayanların işleri üzre telimatçı vezifelerinde çalışıb, 1994-cü ilin aprel ayında Gence Şeheri İcra Hakimiyyeti başçısı Aparatının humanitar meseleler şöbesinde meslehetçi, 1997-ci ilde hemin şöbede böyük meslehetçi vezifesinde fealiyyetini davam etdirib.

1999-cu ilde Gence Şeher İcra Hakimiyyeti başçısı Aparatının Tehsil, Sehiyye ve Medeniyyet şöbesinde böyük referent, 12 may 2003-cü ilden 16 mart 2012-ci iledek Gence Şeher İcra Hakimiyyeti başçısı Aparatının Tehsil, Sehiyye ve Medeniyyet bölmesinde baş meslehetçi vezifesinde çalışıb.

Nizami Hacıyev

1995-ci ilden Yeni Azerbaycan Partiyasının üzvüdür.

Azerbaycan Respublikası Prezidentinin 22 iyun 2012-ci il tarixli 2301 №-li serencamı ile “Dövlet qulluğunda ferqlenmye göre” medalı ile teltif edilib.

Bu teyinatadek Gence Şeher İcra Hakimiyyeti başçısının müavini vezifesinde işleyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar