Nərmin Hüseynli bu gün dəfn ediləcək
11 Mart 2014 Çərşənbə Axşamı 09:37
Ötən gün Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişən Nərmin Hüseynlinin cənazəsi Bakıya gətirilib.
Bu barədə ANS PRESS-ə Nərminin yaxınları məlumat veriblər. Onların sözlərinə görə N. Hüseynlinin dəfn mərasimi bu gün saat 12:30-da baş tutacaq. 17 yaşlı gənc qız Abşeron rayonu Saray qəsəbə qəbristanlığında torpağa veriləcək.
Xatırladaq ki, Nərmin Hüseynlinin həyatını xilas etmək üçün Bakı şəhərində geniş xeyriyyə kampaniyası keçirilib. Müxtəlif xeyriyyə tədbirlərində onun müalicəsi üçün tələb olunan 150 min manatın böyük bir hissəsi toplanıb.
İki gün əvvəl həkimlər N.Hüseynlinin beyin qanaması keçirdiyini və bunun qarşısının alındığını bildirmişdilər.
Qeyd edək ki, 17 yaşlı gənc qızın həkim səhlənkarlığınının qurbanı olduğu deyilir. Nərmin Hüseyinin anasının sözlərinə görə, 17 yaşlı qızı səhətindən heç vaxt şikayət etməyib və tam da sağlam olub. Məktəbdə fiziki və əqli fəallığı ilə seçilən Nərminin ötən ilin aprelində birdən-birə boğazı şişməyə başlayır. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müayinə olunduqdan dərhal sonra ona zob diaqnozu qoyularaq əməliyyat aparılıb.
Lakin getdikcə Nərminin vəziyyəti ağırlaşdığından valideyinləri onu da müayinə üçün İrana, Təbrizə aparırlar. Məlum olur ki, diaqnoz əvvəlcədən səhv qoyulub və əslində Nərmin xəçəng xəstəliyindən əziyyət çəkirmiş.
DOSTLARINLA PAYLAŞ: