Nərimanov rayonu qazsız qalıb
18 Noyabr 2009 Çərşənbə 14:25
Nərimanov rayonu qazsız qalıb. Rayonun bəzi yerlərində “mavi yanacağ”ın təminatı müvəqqəti olaraq dayandırılıb.
Bakının Nərimanov rayonunun bəzi küçələrində yerləşən bir çox binaları bu gün qazsız qalıb. Belə ki, Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu rayonun Nağıyev küçəsindən keçən 325 mm-lik orta təzyiqli qaz kəmərində həyata keçirilən təmir işləri ilə əlaqədardır. Qaz verilişində məhdudiyyət saat 10:00-dan 17:00-dək olacaq.
Əsasən rayonun Nağıyev, Heydərov, Mayakovski, Daş karxanası, Heydər Əliyev prospektinin sağ və sol ətrafı, Həsənoğlu küçələrində qaz təchizatında məhdudiyyətlər qoyulacaq.
Şirkətdən bildiriblər ki, təmir işləri başa çatdıqdan sonra qaz təchizatı yenidən bərpa olunacaq.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: