Nərgiz Paşayevanın qızları başsağlığı verdilər
04 Avqust 2014 Bazar Ertəsi 12:40
Akademik Nərgiz Paşayevanın qızları Aida Mahmudova və Ülviyyə Rəhmanova şəhid ailələrinə başsağlığı veriblər.
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayevanın qızları Aida Mahmudova və Ülviyyə Rəhmanova şəhid ailələrinə başsağlığı veriblər.

ANS PRESS-in məlumatına görə, YARAT Müasir İncəsənət Məkanın təsisçisi Aida və “Nargis” nəşriyyat evinin baş redaktoru Ülviyyə xanım fikirlərini bölüşüblər. Gənc xanımlar Facebook sosial şəbəkəsində olan səhifələrində qaraya bürünmüş Azərbaycan bayrağının şəklini paylaşaraq bunları yazıblar:

“Allahdan şəhidlərə rəhmət, analara isə səbr arzulayırıq”.

Qeyd edək ki, ötən gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəhid olan Azərbaycan hərbçilərinin ailələrinə başsağlığı verib.
“Şəhidlərin ailələrinə başsağlığımı ifadə edirəm! Həlak olmuş əsgərlərimiz Azərbaycanın müstəqilliyini müdafiə edərək onun milli azadlığını, torpaqlarını qoruyub. Onların qəhrəmanlığı, Azərbaycan xalqı qarşısında böyük xidmətləri heç vaxt unudulmayacaq, onlar mənim ürəyimdə əbədi yaşayacaq. Vətən, torpaq uğrunda şəhid olan oğullarımızın ailələri onlarla fəxr edə bilərlər. Çünki onlar müstəqil Azərbaycan üçün belə şücaətli oğullar, qəhrəmanlar böyüdüblər. Şəhidlərin ailələrinə daimi diqqət hər bir vətəndaşın borcudur, dövlətin, hökumətin, mənim, sizin borcunuzdur. Biz heç vaxt onları unutmamalıyıq. Bilin ki, mən həmişə sizinlə, xalqlayam və ömrümün sonunadək sizinlə qalacağam”.




DOSTLARINLA PAYLAŞ:

oyunlar