Nəqliyyat Nazirliyi sürücülərdən xahiş edir
11 Fevral 2010 Cümə Axşamı 13:05
Nəqliyyat Nazirliyi sürücülərə alternativ Ağsu-Qaraməryəm yolundan istifadə etməyi tövsiyyə edir.
Dünən gecə saatlarında Muğanlı-İsmayıllı avtomagistralının 2-ci km-də torpaq sürüşməsi nəticəsində yol tamamilə yararsız hala düşdüyündən Nəqliyyat Nazirliyi sürücülərə müraciət edib.

Nəqliyyat Nazirliyi İsmayıllı, Şəki və Oğuz rayonları istiqamətində hərəkət edən sürücülərdən alternativ Ağsu-Qaraməryəm yolundan istifadə etməyi xahiş edib.

Qeyd edək ki, Muğanlı-İsmayıllı avtomagistralının 2-ci km-də təxminən 150 metr uzunluqda asfalt sürüşərək dərəyə tərəf axıb. Nəticədə dərinliyi 2-4 metrə çatan yarğan əmələ gəlib.
Nəqliyyat Nazirliyindən verilən məlumata görə, hadisə yerinə gecə saatlarında qurum rəhbərliyi də baş çəkib.

ANS-in Göyçay bürosunun verdiyi məlumata görə, səhər saatlarında qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlərə başlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar