Neftçilər xəstəxanasında yeni şöbə istifadəyə verildi
14 Dekabr 2009 Bazar Ertəsi 14:55
Rövnəq Abdullayev : "Şöbə müasir standartlara cavab verir"
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin Mərkəzi Neftçilər xəstəxanasında yeni qəbul şöbəsi istifadəyə verilib.
Şöbənin açılış mərasimində ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev də iştirak edib. Ona şöbədə yaradılmış şərait barədə məlumat verilib, təcili yardım heyətinin hazırlığı nümayiş etdirilib.

Jurnalistlərə açıqlamasında R. Abdullayev bildirib ki, qəbul şöbəsi müasir standartlara cavab verir. Burada yeni kompüter tomoqrafiyası, rentgen avadanlıqları quraşdırılıb. Neft şirkətinin prezidenti vurğulayıb ki, hazırda şirkətin 10 regionda diaqnostika mərkəzi var və bu mərkəzlərdə əhaliyə pulsuz xidmətlər göstərir.

“Xəstəxanada Azərbaycanda ilk dəfə avtomatlaşdırılmış idarəetmə sistemi qurulur. Bu sistem işin gedişini daha da asanlaşdıracaq. Analizlərin cavablarının avtomatik olaraq hər bir həkimə göndərilməsi həyata keçiriləcək”. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar