Ölkə

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları mükafatlandırıldı

Prezident sərəncamı ilə institutun əməkdaşlarına fəxri adlar verilib

· Xəbərçi
Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları mükafatlandırıldı
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycanda neft-kimya elminin inkişafındakı xüsusi xidmətlərinə görə institutun aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:

"Əməkdar Elm Xadimi"

Əzizov Akif Həmid oğlu
Məmmədyarov Məhərrəm Əli oğlu
Seyidov Nadir Miribrahim oğlu

"Əməkdar Mühəndis"

Əsədov Fərəməz Məhərrəm oğlu
Əsədov Nazim-Hikmət Saleh oğlu
Əzizov Əliabbas Qubad oğlu
ANSPRESS

Şərhlər