Nazirlikdən 780 min manatlıq cərimə
19 Mart 2014 Çərşənbə 15:00
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iki mindən çox halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iki mindən çox halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən bu ilin yanvar-fevral aylarında ayrı-ayrı müəssisələrdə 2060 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar olunub.
Aşkar olunmuş hüquq pozuntuları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyatı işəgötürənlərə ümumilikdə 770 850 manat məbləğində cərimə tətbiq edilib. Həmin məbləğin 232 281 manatı artıq ödənilib. Bu rəqəmlər ötən ilin ilk iki ayına dair göstəricilərlə müqayisədə müvafiq olaraq təxminən 11, 5 dəfə və 17 dəfə çoxdur.
Bu istiqamətdə aparılan işlərin əsas məqsədi işəgötürənlərdə əmək hüquqlarının təmin olunması, əməyin mühafizəsi ilə bağlı məsuliyyət hissinin artırılmasıdır.
DOSTLARINLA PAYLAŞ: