Nazirlik 102 min manat cərimə etdi
20 Fevral 2014 Cümə Axşamı 12:42
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 7, icra qurumlarına 25, məhkəmələrə isə 2 iş göndərilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 15 fevral tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
ANS PRESS-in Nazirliyin saytına istinadən verdiyi məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 252 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 70 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 53 iş üzrə 102 min 350 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 19 iş üzrə 7759.88 manat məbləğində iddia qaldırılıb. Həmçinin ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 215 iş üzrə 297450.99 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 7, icra qurumlarına 25, məhkəmələrə isə 2 iş göndərilib.
DOSTLARINLA PAYLAŞ: