Nazir oğlu Anar Memmedov yeni radio kanalı açıb
09 Yanvar 2014 Cümə Axşamı 11:32
Anar Memmedov un yeni radio kanalının hedefi ölkenin en böyük FM dalğası olmaqdır.
Neqliyyat naziri Ziya Memedovun oğlu Anar Memedov yeni radio kanalı açıb. ANS PRESS-in “AzerTAc”a istinaden verdiyi melumata göre radionun direktoru Elnur Baimov radio barede açıqlama verib: “Bizim başqa radiolardan ferqimiz ondan ibaretdir ki, biz Neqliyyat Nazirliyi nezdinde Neqliyyatın İntellektual İdareetmesi Merkezinin kameraları vasitesile yollardakı veziyyeti daim izleyirik ve saatda bir neçe defe bu barede melumat veririk, meselen, Gence prospektinde qeza baş verib, sıxlıq var, alternativ yol kimi Şıxlinski küçesinden istifade edin.

Radionun hedefi ölkenin en böyük FM dalğası olmaqdır. Buna göre de, radionun fealiyyetine peşekarlardan ibaret komanda celb olunub. Gün erzinde efirde en sol xeberler, müxtelif eylenceli, intellektual proqramlar teqdim olunacaq.

“Azerbaycanda ilk defe olaraq, bizde 2 radio serialı çekilecek. Seherler “Taksist” serialı, axşamlar ise “Tıxac” serialı efire gedecek”, - deye, E.Baimov vurğulayıb.

Qeyd edek ki, “Auto FM” radiosunun teqdimatı yaxın vaxtlarda baş tutacaq.

Xatırladaq ki, sözügeden radio Azerbaycanın neqliyyat naziri Ziya Memmedovun oğlu Anar Memmedova mexsusdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar