Nazir Kəmaləddin Heydərov vətəndaşlarla görüşəcək
25 Fevral 2014 Çərşənbə Axşamı 11:32
Kəmaləddin Heydərov ilə görüşdə Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri iştirak edə bilərlər.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Quba şəhərində vətəndaşları qəbul edəcək. ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 28 fevral 2014-cü il tarixində saat 11:00-dan Quba şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda yalnız Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Quba şəhər Mədəniyyət Evinin binasında (ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti 165) 27 fevral 2014-cü il tarixində saat 10:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar