Nazir Heydər Əsədov traktor payladı
08 Aprel 2014 Çərşənbə Axşamı 16:51
Heydər Əsədov Gəncə avtomobil zavodunda yığılmış “Belarus” tipli “MTZ” markalı traktorlara baxış keçirilib.
Bu gün nazir Heydər Əsədov “Aqrolizinq” ASC-nin Yevlax Aqroservis filialına gətirilən Gəncə avtomobil zavodunda yığılmış “Belarus” tipli “MTZ” markalı traktorlara baxış keçirilib.

ANS PRESS-in Kənd Təsərrüfatı Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir əvvəlcə Yevlax Aqroservis filialında yaradılmış təlim-tədris mərkəzi, təmir emalatxanası, anbarlar və yeni texnikalarla tanış olub. Məlumat verilib ki, Yevlax Aqroservis filialı yenidən qurulmuş, daxilində təlim-tədris mərkəzi və müasir təmir emalatxanası yaradılıb. Tədris mərkəzində 226 nəfər mexanizatora texnikaların idarə olunması üçün təlimlər keçirilib.

Sonra nazir respublikanın rayonlarından gəlmiş fermer və sahibkarlara traktorların sənədlərini təqdim edib.

Fermer və sahibkarlar qarşısında çıxış edən nazir Heydər Əsədov ölkə başçısının aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğını vurğulayaraq bildirib ki, Aqroservis filialına gətirilimiş 108 ədəd MTZ markalı traktordan 70-i qeydiyyat nişanı və texniki sənədləri ilə birlikdə lizinq yolu ilə fermer və sahibkarlara təqdim edilib.

Traktor almış fermerlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra nazir H. Əsədov “Azərtoxum” MMC-nin iş fəaliyyəti ilə tanış olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar