Nazir Əbülfəz Qarayev iki obyekti bağlayıb
30 Avqust 2014 Şənbə 13:23
Nazir Əbülfəz Qarayev bildirib ki, aparılan araşdırmalar zamanı neqativ hallar aşkarlanıb.
Mədəniyyət və Turizm Nazirliyi yay turizminin yekunlarına dair hesabat hazırlayıb.

ANS TV-nin məlumatına görə, nazir Əbülfəz Qarayev bildirib ki, aparılan araşdırmalar zamanı neqativ hallar aşkarlanıb.

Azərbaycanın görkəmli yerlərində yerləşən Turizm Komplekslərində monitorinqlər aparılıb. Müəyyən olunub ki, əksər yerlərdə keyfiyyətsiz xidmətlər təklif edirlər və keçirilən bu yoxlamalar keyfiyyətin artırılmasına səbəb olacaq. Belə ki monitorinqdən sonra bəzi qərarlar verilib. İki obyektin lisenziyası geri qaytarılıb və bəzilərinin fəaliyyəti isə tamamilə dayandırılıb”, - deyə nazir bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar