Ölkə

Naxçıvandan Gəncəyə reyslər açılır

Naxçıvandan Gəncəyə reyslər açılır. AZAL ATR təyyarələri ilə həftədə 3 dəfə təyyarə reysləri gerçəkləşdirəcək.

· Xəbərçi
Naxçıvandan Gəncəyə reyslər açılır
Azərbaycan Hava Yolları (AZAL) dövlət konserni yaxın günlərdə Naxçıvandan Gəncəyə reyslər açır. Bundan əvvəl şirkət Bakı-Gəncə-Bakı marşrutu üzrə reys açmışdı.
Reyslər ATR təyyarələrində həftədə 3 dəfə gerçəkləşəcək. Biletin qiyməti barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, Naxçıvan-Bakı-Naxçıvan reysləri həftədə 4 dəfə həyata keçirilir. Sərnişinlər bir istiqamətə bilet üçün 75 manat ödəyirlər. Biletin tam qiyməti Tarif Şurası tərəfindən 95 manat müəyyən edilib. Bunun 20 manatı dövlət büdcəsindən subsidiyadır. Naxçıvan MR-da təxminən 350 min nəfər yaşayır. ANSPRESS

Şərhlər