Naxçıvanda yeni bələdiyyələr yaradılacaq. Prezident Ilham Əliyev müvafiq sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev “Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar sərəncam imzalayıb.
Sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının “Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin; habelə Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə prezidentinə məlumat versin.
Nazirlər Kabineti həmçinin öz səlahiyyətləri daxilində “Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanundan irəli gələn digər məsələləri həll etməlidir. /AzərTAc/