Naxçıvan Zaqatala aviareysi açılır
05 Avqust 2012 Bazar 19:36
Avqustun 8-dən Naxçıvan Zaqatala marşrutu üzrə aviareys həyata keçiriləcək.
"Azərbaycan Hava Yolları" QSC avqustun 8-dən Naxçıvan-Zaqatala marşrutu üzrə yeni daxili aviareys açır. AZAL-dan verilən məlumata görə, aviareys həftədə iki dəfə - çərşənbə və cümə günləri həyata keçiriləcək. Təyyarə Naxçıvandan yerli vaxtla saat 11:40-da uçacaq.

Bir istiqamətə biletin qiyməti 49 manatdır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar