Bu gün Bakı Apellyasiya Məhkəməsində “Naxçıvan Press” qəzetinin baş redaktoru Sevinc Gözəlovanın barəsində çıxarılmış hökmdən Respublika Baş Prokurorluğunun verdiyi apellyasiya protestinə baxılıb.
Sevinc Gözəlova Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etmək) maddəsi ilə ittiham olunaraq Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, o, 34 nəfər vətəndaşı aldadaraq pullarını və qızıllarını mənimsəyib.
Baş redaktor çıxarılmış hökmdən narazı qalan Baş Prokurorluq hökmdən apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti qismən təmin edib və Sevinc Gözəlovanın cəzasını bir il artıraraq onun barəsində 8 illik həbs cəzasına dair hökm çıxarıb.
Esmira Cavadova /ANS PRESS/