Naxçıvan Muxtar Respublikası Konstitusiyasına dəyişiklik edilib
06 May 2011 Cümə 13:22
Azərbaycan Milli Məclisi Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişiklik edib.
APA-nın məlumatına görə, dəyişikliklər bu gün parlamentin iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliklərə əsasən, Naxçıvan Ali Məhkəməsinin hakimlərini Muxtar Respublikanın Ali Məclisi sədrinin təklifi və prezidentin təqdimatı ilə Milli Məclis təyin edəcək.
Naxçıvanın ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin hakimləri isə Muxtar Respublika Alim Məclisi sədrinin təklifi ilə Azərbaycan prezidenti tərəfindən təyin olunacaq.
Qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev təklif edib ki, Naxçıvan Muxtar Respublika olduğu üçün ayrıca bir rəhbəri, İcra Aparatı olmalı, qərarlar da onun tərəfindən qəbul edilməlidir: “Ali Məclis isə ayrıca bir qanunverici qurum kimi fəaliyyət göstərməlidir”.
MM-in birinci vitse-spikeri Ziyafət Əsgərov isə deyib ki, MR Konstitusiyası hazırlanarkən 1921-ci il Qars müqaviləsi nəzərə alınıb, Naxçıvan MR Konstitusiyası Azərbaycan Konstitusiyası ilə heç bir ziddiyyət təşkil etmir: “Bütün səlahiyyətlərin Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə verilməsi o deməkdir ki, artıq Naxçıvan müstəqil dövlətdir. Biz bil-bilə özümüz üçün belə bir problem yarada bilmərik”.
Dəyişiklik səsə qoyularaq qəbul edilib. APA
DOSTLARINLA PAYLAŞ: