Naxçıvan - İstanbul aviareysi dayanıb
02 İyun 2009 Çərşənbə Axşamı 11:15
Uçuşlara xitam verilməsi həmin aviareysdən istifadə edən sərnişinlərin sayının az olmasıdır

Azərbaycan Hava Yolları qapalı səhmdar cəmiyyəti Naxçıvan-İstanbul aviareysini dayandırıb. Bu barədə ANS-ə qurumun mətbuat xidmətinin rəisi Məhərrəm Səfərli məlumat verib. Onun sözlərinə görə, uçuşlara xitam verilməsi həmin aviareysdən istifadə edən sərnişinlərin sayının az olmasıdır. Bununla belə, bu ay uçuşların bərpa olunacağı istisna deyil.
Xatırladaq ki, Naxçıvan-İstanbul aviareysi keçən il, dekabrın 23-də açılıb və bu məqsədlə Airbus tipli təyyarələrdən istifadə olunub./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar