NATO-nun xüsusi nümayəndəsi Azərbaycana gəlir
30 May 2011 Bazar Ertəsi 11:22
Ceyms Appaturay Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək
NATO-nun Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın Azərbaycana səfərinin tarixi dəqiqləşib. Ceyms Appaturay ölkəmizə iyunun 9-da gələcək. NATO nümayəndəsi Azərbaycanda keçirəcəyi rəsmi görüşlərdə İPAP çərçivəsində Azərbaycan-NATO əməkdaşlığına dair məsələləri müzakirə edəcək.

Onun prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmdyarov, müdafiə naziri Səfər Əbiyevlə görüşləri planlaşdırılır. Səfər iyunun 10-da başa çatacaq.

Xatırladaq ki, bu, Ceyms Appaturayın NATO-nun xüsusi nümayəndəsi qismində Azərbaycana ilk səfəridir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar