NATO-nun briqada generalı Azərbaycana gəlir
16 May 2011 Bazar Ertəsi 11:08
Səfər zamanı əməkdaşlıq məsələləri müzakirə olunacaq
NATO-nun Brunssumdakı BQK-nın əməliyyat direktoratlığının birgə planlar şöbəsinin rəisi briqada generalı Maykl Jorqensenin Azərbaycana səfəri planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfər 17-19 may tarixlərində baş tutacaq.
Maykl Jorqensenin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılıb.
Bundan başqa,Bakıda 16-20.05.2011 tarixlərində NATO-nun Brunssumdakı BQK-nın mobil təlim qrupu tərəfindən soxmillətli birgə tapşırıq qüvvələri (CJTF) əməliyyat planlaşdırma kursu və 16-20.05.2011 tarixlərində NATO-nun Brunssumdakı BQK-nın mobil təlim qrupu tərəfindən maddi-texniki təminat mövzusunda kursu keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: