Muzdla çalışan işçilerin orta aylıq emek haqqı artıb
09 Noyabr 2013 Şənbə 09:58
Yanvar-sentyabr aylarında muzdla çalışan işçilerin orta aylıq emek haqqı 415 manat olub.
Bu ilin yanvar-sentyabr aylarında iqtisadiyyatda muzdla çalışan işçilerin orta aylıq emek haqqı 415 manat teşkil edib.
ANS PRESS-in Dövlet Statistika Komitesinin saytına istinaden verdiyi melumata göre, son 10 ayda ölke iqtisadiyyatında muzdla çalışan işçilerin sayı 1501,7 min nefer olub. Onlardan 898,4 min neferi iqtisadiyyatın dövlet bölmesinde, 603,3 min neferi ise qeyri-dövlet bölmesinde fealiyyet gösterib.
Muzdla işleyenlerin 22,4 faizi tehsilde, 18,7 faizi ticaret, neqliyyat vasitelerinin temiri sahesinde, 12,7 faizi senayede, 8,7 faizi ehaliye sehiyye ve sosial xidmetlerin gösterilmesinde, 7,3 faizi tikintide, 4,9 faizi neqliyyat ve anbar teserrüfatında, 3,5 faizi peşe, elmi ve texniki fealiyyet sahesinde, 2,9 faizi kend teserrüfatı, meşe teserrüfatı ve balıqçılıq sahesinde, 1,7 faizi informasiya ve rabite sahesinde ve 17,2 faizi iqtisadiyyatın diger sahelerinde meşğul olub.
2013-cü ilin yanvar-sentyabr aylarında ölke iqtisadiyyatında muzdla çalışan işçilerin orta aylıq nominal emek haqqı 415 manat teşkil edib. Keçen ilin müvafiq dövrüne nisbeten 6,9 faiz artıb. Diger fealiyyet növleri ile müqayisede medençıxarma senayesinde, maliyye ve sığorta fealiyyetinde, informasiya ve rabitede, peşe, elmi ve texniki fealiyyet sahesinde, tikintide, inzibati ve yardımçı xidmetlerin gösterilmesi sahesinde orta aylıq nominal emek haqqı daha yüksek olub.
DOSTLARINLA PAYLAŞ: