Ölkə

Müxalifət etiraz aksiyası keçirməyə cəhd edib

Aksiya icazəsiz olduğu üçün polis etirazçıların toplaşmasının qarşısını alıb.

· Xəbərçi
Müxalifət etiraz aksiyası keçirməyə cəhd edib
Bu gün “İctimai Palata” adlı qurum Bakının “Nərimanov” metrostansiyanın qarşısında icazəsiz aksiya keçirməyə cəhd edib. Aksiya Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sanksiyalaşdırılmadığından polis etirazçıların toplaşmasının qarşısını alıb.

Aksiya iştirakçıları müxtəlif istiqamətlərdən kiçik qruplarlar şəklində “Nərimanov” metrostansiyasının qarşısındakı parka doğru irəliləyib. Aksiya zamanı saxlanılanlar da olub. Çevik Polis Alayı parkı dövrəyə alıb.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti “İctimai Palata”ya aksiyanı 20-ci sahə adlanan ərazidəki stadionda keçirməyi təklif etmişdi. Lakin müxalifət bununla razılaşmayıb. ANSPRESS

Şərhlər