Müsavatın iddiası təmin edilmədi
21 Aprel 2010 Çərşənbə 18:05
“Azəriqaz”ın xidmət tarifləri kommersiya sirri hesab olundu.
Bu gün Xətai rayon məhkəməsində “Yeni Müsavat” qəzetinin “Azəriqaz” istehsalat birliyinə qarşı iddiası üzrə proses başa çatıb.

Qəzet AR-in “İnformasiya azadlığı haqqında” qanununa istinadla “Azəriqaz” İB rəhbəri Əkbər Hacıyevə paytaxtda ictimai qida obyektlərinə göstərilən xidmət haqqı haqqında məlumat vermək xahişi ilə sorğu göndərib. Hacıyev həmin qanunun 10-cu maddəsinə istinadla jurnalistlərin sorğusuna cavab verməkdən imtina edərək, bu informasiyanı kommersiya sirri hesab edib.

Hakim Qabil Məmmədov iddianı hüquqazidd sayaraq, redaksiyanın informasiya əldə etmək hüququnu təmin etməyib.

Qəzetin vəkili Vaqif Hüseynin fikrincə, “İnformasiya azadlığı haqqında” qanunun 9-cu maddəsinə (açıq informasiya almaq) əsasən, dövlət hakimiyyəti orqanları və bələdiyyələr informasiya verməkdən imtina edə bilməz. “Azəriqaz”ın nizamnamə kapitalının 100% dövlət vəsaiti hesabına formalaşdığına, istehsalat birliyinin özünün isə ARDNŞ-nin tərkibinə daxil olduğuna görə Əkbər Hacıyevin jurnalistlərin sorğu verdiyi informasiyanı kommersiya sirri hesab etmək hüququ yoxdur, deyə vəkil bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar