Müqəddəs Ramazan ayı başlayır
22 Avqust 2009 Şənbə 00:05
Bu gündən müqəddəs Ramazan ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ötən axşam, yəni avqustun 21-i niyyət axşamıdır.
Ramazan ayının ilk günündə, yəni bu gün imsak səhər saat 05.42-də, iftar isə 20.43-dədir.

Ramazan ayının 18, 20, 22 və 26-sı (sentyabrın 8, 10, 12 və 16-sı) Qədr gecələridir, sentyabrın 20-də isə orucluq başa çatır.

QMİ-nin məlumatına görə, Ramazan ayının 29-da (19 sentyabr) hilal görünərsə, 1 şəvval – 20 sentyabr Ramazan bayramı günüdür, görünməzsə, sentyabrın 21-i bayramdır.

İmsak vaxtının son həddi sübh namazı vaxtından 20 dəqiqə əvvəldir.


Qeyd edək ki, yemək; içmək; cinsi əlaqə; istimna (onanizm); qatı tozu udmaq; Allah, Peyğəmbər və İmamların adından yalan söz demək; Sübh namazınadək bilərəkdən cənabət, heyz və ya nifaz halında qalıb qüsul etməmək; başı tamamilə suya batırmaq; maye sevlərlə imalə etmək və qəsdən qusmaq orucu batil edir.

Ağıllı, yetkinlik yaşına çatmış, oruc tutmasına əngəl olmayan hər bir müsəlman oruc tutmalıdır.

Səfərə çıxmaq, xəstəlik, hamiləlik, südlə uşaq qidalandırmaq və ağır işlərdə çalışdıqda İslam dini müsəlmanlar üçün bir sıra güzəştləri məqbul sayır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar