Münaqişəyə qədər mövcud olmuş ərazilər xarabalığa çevrilib
25 Mart 2011 Cümə 00:21
ATƏT-in Minsk qrupunun işğal altındakı ərazilərlə bağlı qiymətləndirmə missiyasının hesabatının xülasəsi açıqlandı
ATƏT-in Minsk qrupunun həmsədrləri ötən il noyabrın 7-dən 12-nədək Azərbaycanıvn işğal altındakı yeddi rayonunda humanitar və digər aspektlər də daxil olmaqla ümumi vəziyyətin qiymətləndirilməsi üçün qiymətləndirmə missyiasını həyata keçiriblər. ATƏT-in rəsmi internet saytında yüerləşdirilmiş xülasədə belə deyilir. Həmsədrlərə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi və onun komandası, BMT-nin Qaçqınlar üzrə Ali komissarının İdarəsindən iki ekspert və ATƏT-in 2005-ci ildəkm faktaaraşdırıcı missiyasının üzvlərindən biri də qoşulub. Bu, 2005-ci ildən sonra ərazidə beynəlxalq ictimaiyyətin ilk missiyası və BMT personalının 18 il ərzində ilk səfəri idi.
Xülasədə deyilir ki, ərazilərdə min kilometdən artıq yol qət edən həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin fəlakətli nəticələrinin sübutlarını və sülh prosesində irəliləyişlərin olmadığını görüblər: “Münaqişəyə qədər mövcud olmuş şəhər və kəndlər boşalıb və demək olar ki tamamilə xarabalığa çevrilib. Laçın və Kəlbəcər şəhərləri, eləcə də xırda yaşayış məntəqələrində yaşayanların dəqiq sayı barədə məlumat olmasa da, onların sayı 1400 nəfərə yaxındır”.
Həmsədrlərin qiymətləndirməsinə görə, işğal altındakı ərazilərdə 2005-ci ildən sonra əhalinin sayında əhəmiyyətli artım müşahidə edilməyib, bu ərazidəkilər çətin, inkişaf etməmiş infrastruktur, iqtisadiyyat və ictimai xidmətlərə məhdud çıxış şəraitində yaşayırlar. Onların əksəriyyətinin şəxsiyyətini təsdiq edən sənədləri yoxdur.
İşğal altındakı ərazilərlə bağlı acı reallıq həmsədrləri bu qənaətə gətirib ki, status-kvo qəbuledilməzdir və münaqişənin həllində yalnız sülh danışıqları yolu ilə perspektivə çatmaq mümkündür. Həmsədrlər tərəflərin liderlərini münaqişənin birdəfəlik nizamlanmasını təhlükə altında qoymamaq üçün mübahisəli ərazilərdə hər hansı fəaliyyətdən çəkinməyə və bü ərazilərin görkəmini dəyişməməyə çağırıblar. Onlar işğal altındakı ərazilərdə qəbiristanlıqların qorunmağı, eləcə də şəxsiyyətini təsdiq edən sənədi olmayan köçkünlərin statusunu dəqiqləşdirməyi tövsiyyə edirlər.
DOSTLARINLA PAYLAŞ: