“Müharibəyə hazırıq!”
18 May 2011 Çərşənbə 15:12
Qarabağ Azadlıq Təşkilat Laçının işğal günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib
Qarabağ Azadlıq Təşkilatı Laçının işğal günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin ruhlarına dualar oxunub, məzarlarının üzərinə gül dəstələri qoyulub. Anım mərasimindən sonra “Müharibəyə hazırıq!” devizi altında gənclər arasında tir atıcılığı üzrə yarışlar keçirilib. Yarışlarda müxtəlif gənclər təşkilatlarının komandaları iştirak edib.
Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, komanda birinciliyində "Laçın Gənclər Şurası" 164 xalla 1-ci, Qarabağ Azadlıq Təşkilatı Gənclər Şurası 163 xalla 2–ci, ADP-çi gənclər isə 133 xalla 3-cü oldular. Şəxsi hesabda isə QAT-çı İlkin Muxtarlı, ADP-çi Orxan Hüseynov və Laçın komandasının üzvü Ülvi Quliyev hər biri 50 xaldan 42 xal toplamaqla qalib gəlib. Bu yarışların davam etdirilməsi nəzərdə tutulur.
Anım mərasimlərinin və yarışların keçirilməsində məqsəd cəmiyyətdə, xüsusilə də gənclər arasında hərbi vətənpərvərlik hissinin gücləndirilməsidir. Bütün Azərbaycan xalqı müharibəyə, döyüşə hazır olmalıdır.
DOSTLARINLA PAYLAŞ: