Müdafie xerclerinin büdcedeki xüsusi çekisi artır
07 Oktyabr 2013 Bazar Ertəsi 19:21
2014-cü ilin dövlət büdcəsi xərclərinin 8,16%-i müdafiəyə yönələcək.
2014-cü il dövlət büdcəsi üçün müdafiə xərcləri 1 milyard 637 milyon 362 min manat proqnozlaşdırılır və bu, 20,063 milyard manat səviyyəsində proqnozlaşdırılan büdcə xərclərinin 8,16%-i qədərdir. Bu barədə ANS PRESS Maliyyə Nazirliyinin saytında yerləşdirilmiş dövlət büdcəsi layihəsinin göstəricilərinə əsasən bildirir.

Gələn ilin müdafiə xərclərinin proqnozu 2013-cü ildə büdcənin müdafiə xərcləri bölməsində nəzərdə tutulan vəsaitdən 7,1% çoxdur. Bu ilki dövlət büdcəsində müdafiə xərcləri 1 milyard 528 milyon 582 min manat nəzərdə tutulub.

Beləliklə, gələn il müdafiə xərclərinin büdcədəki xüsusi çəkisinin yuxarıda göstərilən göstəricisi bu ilki analoji göstəricidən artıq olub. 2013-cü ilin 19 milyard 850 milyon manata bərabər dövlət büdcəsində müdafiə xərcləri 7,7% təşkil etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar