Müdafiə Nazirliyi ordudakı zabit əsgər münasibətləri haqda açıqlama verdi
12 Fevral 2014 Çərşənbə 09:52
Qadınlar hərbi hissələrdə zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəziflərində xidmət edirlər.
Müdafiə Nazirliyindən hərbi hissələrdə xidmət edən qadın qulluqçuların sayı barədə açıqlama verilib.

Nazirlikdən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, orduda min nəfərə yaxın qadın qulluqçu hərbi xidməti vəzifəsini yerinə yetirir: “Hazırda Müdafiə Nazirliyinin tabeliyındə olan hərbi hissələrdə zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi min nəfərə yaxın qadın hərbi xidmətdədir”.

Müdafiə Nazirliyindən həmçinin hərbi hissələrdə zabit və əsgərlərin münasibətlərinin tənzimlənməsi məsələsinə də aydınlıq gətiriblər: “Hərbi qulluqçular və onların qarşılıqlı münasibətləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ümumqoşun nizamnamələrinin müddəalarının tələbləri çərçivəsində qurulur".


DOSTLARINLA PAYLAŞ:

oyunlar