Müdafie naziri Zakir Hesenov sert bildiriş verdi
04 Noyabr 2013 Bazar Ertəsi 17:09
Müdafie naziri Zakir Hesenov: Rusiyanın Ermenistandakı herbi bazasının komandirinin beyanatına resmi münasibet bildirilmelidir.
Müdafie naziri, general-polkovnik Zakir Hesenov ATeT-in Minsk qrupunun hemsedrleri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) ve ATeT-in fealiyyetde olan sedrinin şexsi nümayendesi Anjey Kasprşiki qebul edib. ANS PRESS-in verdiyi melumata göre, görüş zamanı qonaqlar Dağlıq Qarabağ münaqişesi, cebhenin temas xettinde mövcud veziyyetle bağlı öz teessüratlarını bildirmekle yanaşı müdafie nazirini yeni vezifeye teyin edilmesi münasibeti ile tebrik edibler.

Nazir Zakir Hesenov regiondakı veziyyet, Azerbaycan torpaqlarının Ermenistan terefinden işğalının davam etmesi, qaçqın ve mecburi köçkünlerin mövcud problemleri, o cümleden beynelxalq teşkilatların münaqişenin helli istiqametinde atdıqları addımların neticesiz olması barede fikirlerini bildirib.

Eyni zamanda nazir, Rusiya Federasiyasının Ermenistan Respublikasında yerleşen 102-ci herbi bazasının komandirinin melum çıxışını hemsedrlerin diqqetine çatdıraraq, bu meseleye resmi seviyyede müvafiq reaksiyanın verilmesinin vacibliyini qeyd edib.

Öz növbesinde ATeT-in Minsk qrupunun rusiyalı hemsedri İqor Popov bu meselenin anlaşılmazlıq neticesinde baş vermesini istisna etmeyerek araşdırılacağına söz verib.

Sonda Azerbaycanın ordu quruculuğu sahesindeki imkanlarının genişliyi ve müasir teleblere cavab veren Silahlı Qüvvelerin qurulması istiqametinde fealiyyetleri vurğulayan müdafie naziri, Azerbaycan terefinin işğal altında olan torpaqların sülh yolu ile azad edilmesinin terefdarı olduğunu, xalqın işğal faktı ile barışmayacağını ve erazilerinin azad edilmesi hüququnun özünde saxladığını bildirib.

Görüşde müdafie nazirinin birinci müavini, Silahlı Qüvvelerin Baş Qerargah reisi, general-polkovnik Necmeddin Sadıkov da iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar