Müasir cəmiyyət və qadın hüquqları İctimai Birliyi
29 May 2014 Cümə Axşamı 22:27
Müasir cəmiyyət və qadın hüquqları İctimai Birliyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı ictimai müzakirələr adlı layihəni həyata keçirməyə başlamışdır.

Müasir cəmiyyət və qadın hüquqları İctimai Birliyi 1 aprel 2014-cü il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı ictimai müzakirələr adlı layihəni həyata keçirməyə başlamışdır. Layihənin məqsədi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması sahələrində qarşıya qoyulmuş vəzifələrlə bağlı ictimai müzakirələrin təşkil olunmasıdır.

Bu məqsədlə təşkilat “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası barədə vətəndaşları məlumatlandırmaq, Konsepsiyada insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması sahələrindəki vəzifələrin ictimai müzakirəsini təşkil etmək, vətəndaşların sosial müdafiə sisteminin qurulması sahəsindəki yeniliklərin müqayisəli təhlilini aparmaq, Dövlətin vətəndaşına göstərdiyi qayğının və diqqətin təbliğinə nail olmaq kimi məsələlərlə bağlı ictimai müzakirələr keçirir.

Keçirilmiş növbəti tədbir zamanı İctimai Birliyin sədri Xanım Əhmədzadə layihənin məqsədi, vəzifələri və görülmüş işlər barədə məlumat verərək bildirmişdir ki, dinamik inkişafını uğurla davam etdirən müasir Azərbaycan qısa zamanda siyasi və iqtisadi resurslarını möhkəmlədərək dövlətçiliyini inkişaf etdirmiş, demokratik dəyərlərə yiyələnməklə özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaratmış, yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində ciddi uğurlar qazanmışdır. Qlobal iqtisadi-maliyyə böhranı illərində bir çox ölkələrin ciddi problemlərlə üzləşməsi fonunda Azərbaycan iqtisadiyyatı davamlı inkişaf etmiş, makroiqtisadi sabitlik təmin olunmuşdur.

2012-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası inkişafın iqtisadi aspektləri ilə yanaşı, özündə insan kapitalının inkişafını, səmərəli sosial müdafiə sisteminin qurulmasını, institusional potensialın güclənməsinı, vətəndaş cəmiyyətinin inkişafını, mədəni irsin qorunmasını, ətraf mühitin mühafizəsini də əks etdirir. 2020-ci ilədək dövrü əhatə edən bu Konsepsiyada qeyd olunduğu kimi, hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

İctimai müzakirələr zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılmış, təklifləri və rəyləri dinlənilmişdir.

Mətbuat xidməti.



DOSTLARINLA PAYLAŞ:

oyunlar