MTN əməkdaşları təltif edildi
18 Mart 2011 Cümə 20:38
İlham Əliyev müvafiq sərəncam imzalayıb. MTN əməkdaşları təltif edildi.
Azərbaycan prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. Milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasına yönəlmiş əməliyyat tədbirlərinin həyata keçirilməsində, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə MTN-in aşağıdakı əməkdaşları təltif edilib:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əliyev İlqar Mustafa oğlu - polkovnik-leytenant
Əsədullayev Ədalət Hüseyn oğlu - general-mayor

“Vətən uğrunda” medalı ilə

Əhmədov Fuad Ramiz oğlu - mayor
Hüseynov Rüstəm Məhəmməd oğlu - mayor
İbrahimov Rövşən Xudaverdi oğlu - kapitan
Ləzgiyev Akif Əkbər oğlu - polkovnik-leytenant
Məmmədov Səlim İmran oğlu - polkovnik
Seyidov Cavid Mircəfər oğlu - polkovnik-leytenant

“İgidliyə görə” medalı ilə

Camalxanov Zaur Vəli oğlu - mayor
Eyvazov Əbil Məmməd oğlu - mayor
Nuruşov Vüsal Elfrond oğlu - baş leytenant
Süleymanov Elşən Müzəffər oğlu - baş leytenant

“Hərbi xidmətlərə görə” medalı ilə

Əhmədov Ramin Hüseyn oğlu - mayor
Qasımov Mahir Rəhman oğlu - ədliyyə polkovnik-leytenantı
Muxtarov Vüqar Muxtar oğlu - mayor
Mustafayev Saleh Rahid oğlu - mayor
Orucəliyev Elnur Akif oğlu – mayor
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar