MTN "Bank of Baku"da əməliyyat keçirdi
04 Mart 2014 Çərşənbə Axşamı 19:11
“Bank of Baku”nun Müşahidə Şurasının sədri: “Həbs olunmağımla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”
“Həbs olunmağımla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”. Bunu açıqlamasında “Bank of Baku”nun Müşahidə Şurasının sədri Elçin İsayev bildirib.
E. İsayev bu gün mediada həbs olunması ilə bağlı xəbərlər yayılandan sonra agentliklə əlaqə saxlayıb və hazırda iş başında olduğunu deyib: “Bəzi media orqanlarında mənim həbs edilməyimlə bağlı yalan informasiyalar yayılıb. Qəti şəkildə bildirirəm ki, bu məlumatlar həqiqətə uyğun deyil, mən iş başındayam”.
Qeyd edək ki, hüquq-mühafizə orqanları bu günlərdə “Bank of Baku”da əməliyyat keçirib. Lakin əməliyyat bankın rəhbərliyinin müraciəti əsasında aparılıb.
Məlumata görə, “Bank of Baku”nun rəhbərliyi bankın sisteminə kənar müdaxilənin olmasından şübhələnərək, məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması üçün ərizə ilə müraciət edib. Keçilmiş əməliyyat nəticəsində bankın sisteminə müdaxilə faktı təsdiqini tapıb. Hazırda bu istiqamətində araşdırmalar davam etdirilir.
Məlumata görə, hələlik məsuliyyətə cəlb olunan yoxdur.
DOSTLARINLA PAYLAŞ: