MSK treninqlərə başlayıb
23 Noyabr 2009 Bazar Ertəsi 14:10
Treninqdə 125 dairə seçki komissiyasından 250 trener iştirak edəcək
Bu gündən Mərkəzi Seçki Komissiyası dekabrın 23-də keçiriləcək bələdiyyə seçkisi zamanı treninqlər keçirəcək şəxslər üçün treninqlərə başlayıb. Treninqdə 125 dairə seçki komissiyasından 250 trener iştirak edəcək. Məqsəd məntəqə seçki komissiyalarının üzvləri üçün keçiriləcək treninqlər zamanı MSK-nın treninq qrupuna yardımçı olacaq trenerlərin peşə hazırlığı səviyyəsini yüksəltməkdir.

Treninq 4 gün davam edəcək. Tədbirin açılış mərasimində MSK katibi Natiq Məmmədov tədbirin trenerlərin nəzəri və praktiki biliklərin təkmilləşdirilməsi üçün vacibliyini qeyd edib. Treninqlərdə iştirak etmiş trenerlər öz növbələrində dekabrın 1-dən etibarən Məntəqə Seçki Komissiyaları üzvləri üçün treninqlərə başlayacaqlar.

N.Məmmədovun sözlərinə görə, trenerlər ilk növbədə qanunvericilik biliklərinə yiyələnməlidirlər. Bu təlimlərdə əvvəlki treninqlər zamanı əldə olunmuş təcrübələrdən istifadə ediləcək. Kurslar əsasən trenerlər üçün seçki günü Məntəqə Seçki Komissiyalarının rol və vəzifələri, seçki günü prosedurları və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması mövzuları istiqamətində təşkil olunacaq.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar