Yanvarın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Komissiyanın mətbuat xidmətindən bildiriblər ki, iclasda 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.
Müraciətlərdən ikisi əsassız olduğundan təmin edilməmiş, birinin araşdırılması müddəti uzadılmış, birinin isə aidiyyəti üzrə baxılması üçün müvafiq dairə seçki komissiyasına göndərilməsi barədə qərar qəbul olunub. Digər müraciətlərin qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərə geri göndərilməsi barədə qərar çıxarılıb.
MSK-nın iclasında cari məsələlərə də baxılıb. İclasda ATƏT-in Bakı ofisi və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri iştirak edib. ANSPRESS
MSK-nın növbəti iclası keçirilib
İclasda bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb




Şərhlər