Ölkə

Moskva-Lənkəran-Moskva təyyarə reysi açılır

Moskva-Lənkəran-Moskva təyyarə reysi açılır. Bir tərəfə uçuş biletinin qiyməti 182 manat olacaq.

· Xəbərçi
Moskva-Lənkəran-Moskva təyyarə reysi açılır
Dekabrın 28-də Moskva-Lənkəran-Moskva marşrutu üzrə yeni təyyarə reysi açılacaq. Artıq bu istiqamətdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Rusiyanın “VİM-AVİA” şirkəti ilə danışıqları başa çatıb.

“Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi Məhərrəm Səfərli jurnalistlərə bildirib ki, aviareyslər Rusiya şirkətinə məxsus “Boinq-757” təyyarələri ilə həyata keçiriləcək.

Moskva-Lənkəran-Moskva reysi ilkin mərhələdə həftədə bir dəfə nəzərdə tutulub. Gələn ilin mart ayından isə uçuşların sayı artırılaraq həftədə iki dəfə olacaq. Bir tərəfə uçuş biletinin qiyməti 182 manat təşkil edəcək. ANSPRESS

Şərhlər