“Aeroflot” hava yolları şirkətinə məxsus təyyarə havaya qalxa bilmir.
Moskvada hazırda yaşanan tufan səbəbindən Moskva-Bakı reysini icra etməli olan “Aeroflot” hava yolları şirkətinə məxsus təyyarə havaya qalxa bilmir. Bu barədə Musavat.com-a həmin reyslə Bakıya uçuşu gözləyən "Yeni Müsavat" qəzetinın baş redaktoru Rauf Arifoğlu məlumat verib. O deyib ki, tufan səbəbindən Moskvadan planlaşdırılan əksər uçuşlar təxirə salınıb. Hazırda şiddətli yağış yağır, ildırım çaxır. Bu səbəbdən də uçuşlar mümkün olmur.
Ən son məlumata görə, tufan şiddətlənir. Odur ki, yaxın vaxtlarda Bakıya, o cümlədən, dünyanın başqa şəhərlərinə uçuşların tezliklə həyata keçiriləcəyinə ümid azdır.
***
Bakı vaxtı ilə saat 03.30-da təyyarəyə minik başlayıb. 15 dəqiqə sonra isə təyyarə yola düşüb.
***
Moskva-Bakı təyyarəsi saat 07 radələrində iki saatlıq gecikmə ilə Bakıya çatıb.