Bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Gürcüstan prezidenti Azərbaycan nümayəndələrinin Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Evrovision 2011” müsabiqəsində qələbəsi münasibətilə İlham Əliyevə təbriklərini çatdırı və bu hadisənin Gürcüstanda böyük sevinclə qarşılandığını vurğulayıb.
Azərbaycan prezdenti göstərilən diqqətə və təbrikə görə Gürcüstan prezidentinə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edib.
Mixail Saakaşvili İlham Əliyevə zəng edib
Gürcüstan prezidenti Azərbaycanın “Evrovision 2011” müsabiqəsində qələbəsinin ölkəsində böyük sevinclə qarşılandığını bildirib




Şərhlər